Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb və bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
"Bizim fərqli geosiyasi kimliyimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar cənab prezidentin müəyyən etdiyi Azərbaycan üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin yürüdülməsinə əsas yaradır", - Hacıyev bildirib.
Onun sözlərinə görə, bu səbəbdən də bu format Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin, həmçinin də nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir.