Dəmir yumruq » Manşet » "Bu uşağın məktəbi bitirəndə neçə dostu olacaq?!”
Manşet / Cəmiyyət / 13-11-2025, 17:48

"Bu uşağın məktəbi bitirəndə neçə dostu olacaq?!”

 

"İxtisarla bağlı deyə bilərəm ki, bu yəqin ki, davam edəcək. Burada bizim yanaşmamız ixtisar yox, səmərəlilikdir”.
 
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
“Çünki 5-10 nəfər şagirdin olduğu məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil. Bütün məktəbdə 10 nəfər şagird, bir sinifdə isə 2 şagird varsa, ona necə musiqi, xor dərsi keçək? Bu uşağın məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Bizim işimiz təhsilin keyfiyyətidir”, - nazir qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.