Avropa ölkələrinə sığınan siyasi mühacirlər üçün qara günlər başlayır.
Demiryumruq.az-a daxil olan məlumata görə, siyasi mühacirlərin daha çox olduğu Avropa ölkələrində artıq bu məsələni ciddi sosial problem kimi görürlər. Ona görə də həmin ölkələrin siyasi rəhbərliyi mühacirlərin deportasiyası prosesinə başlamağı planlaşdırır. Yəni, istifadə müddəti bitən blogerlər öz ölkələrinə təhvil veeiləcək...
Bu sırada xüsusilə Almaniyanın adı çəklir. Məlumatlara görə, Almaniyanın yeni kansleri Fridirx Mertz mühacirlərlə bağlı yeni qanunun qəbuluna çalışır. Bildirilir ki, yeni qanunda Almaniyaya sığınan mühacirlərin sıravi vətəndaşlar kimi işləməsi, əks təqdirdə deportasiya olunmaları nəzərdə tutulur.
Artıq mühacirlərin də prosesdən xəbərdar olduqları söylənilir. İddia olunur ki, bəzi mühacirlər indidən Almaniyanı tərk edib başqa ölkələrdə məskunlaşmağa çalışırlar.
Məlumatda qeyd edilir ki, sözügedən qanun Almaniyada qəbul olunduqdan sonra digər Avropa ölkələri də anoloji addımlar atmağa başlayacaq.
Siyasi mühacirlərin daha çox ölkələrdən biri də Fransadır. Gözlənilir ki, Almaniyadan sonra məhz Fransa siyasi mühacirlərlə bağlı yeni qanun qəbul edə bilər.
Fransaya sığınan mühacirlər arasında vaxtilə hakimiyyətin yaratdığı imkanlardan istifadə edərək oliqarxa çevrilmiş şəxslər də var. Onlardan biri də Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin də olduğu hər kəsə bəllidir. Elşad Abdullayev uzun illərdir ki, Azərbaycanı tərk edib. Onun rektoru olduğu ABU fəaliyyətini elə o dövürdə də dayandırıb. Elşad Abdullayevin hansı səbəbdən Azərbaycanı təkr etdiyi bəlli deyil. Lakin o, açıqlamalarında özündən əzabkeş obrazı yaradaraq hakimiyyəti ittiham edir.
Halbuki, Elşad Abdullayevin Azərbaycanda olduğu müddətdə siyasi çıxışlar etdiyini, hakimiyyəti tənqid etdiyini görən olmayıb. Onun hakimiyyətlə problemi sırf şəxsi maraqları üzündən yaranıb ki, bu məsələdə də keçmiş rektorun özünün suçu olduğu deyilir.
Elşad Abdullayev Fransaya sığındıqdan sonra Azərbaycan hakimiyyətinin ünvanına müxtəlif əsassız ittihamlar səsləndirib. Ona görə də keçmiş rektorun Azərbaycana dönəcəyi təqdirdə səsləndirdiyi böhtanlara görə məsuliyyətə cəlb olunacağı gözlənilir.
Avropa ölkələrində siyasi mühacirlərlə bağlı yeni qanunun qəbul olunmasından sonra güman ki, xeyli sayda mühacir deportasiya olunacaq. Elşad Abdullayev və onun kimilərinin sıravı vətəndaşlar kimi bu ölkələrdə işləmək istəməsi inandırıcı görünmür.
Beləliklə, Avropaya sığınıb hakimiyyətə müharibə elan edən, vəzifəli şəxsləri ən pis formada təhqir edən, onların ünvalarına böhtanlar yağdıran siyasi mühacirlər, o cümlədən Elşad Abdullayev üçün çətin günlər başlayır. Onları hansı gələcək gözlədiyini zaman göstərəcək.
Demiryumruq.az