Dəmir yumruq » Manşet » Qubada Zəfər Günü ilə bağlı tədbir - Fotolar
Manşet / Tədbir / Bugün, 17:17

Qubada Zəfər Günü ilə bağlı tədbir - Fotolar

 

  

 

Qubada “Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış Şanlı zəfərin 5 ili” mövzusunda tədbir keçirilib.
 
Tədbir Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri iştirak ediblər.
 
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi və Quba rayon Şəhidlər xiyabanı ziyarət edilib.
 
Quba şəhərində “Nərgiz Plaza” şadlıq sarayında davam edən tədbirdə çıxışlar zamanı bildirilib ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbədən 5 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu 44 günlük Vətən müharibəsindəki qələbəmiz bir daha sübut edib.
 
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində rəşadətli ordumuz şəhidlərimizin və qazilərimizin səyi nəticəsində böyük qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad edib. 2023-cü ildə isə 1 günlük antiterror əməliyyatı nəticəsində suverenliyimiz bərqərar olundu. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Vurğulanıb ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır. 
 
Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.