Dəmir yumruq » Manşet » "DSMF-nin gələn il əhaliyə 8 milyard manatdan çox ödəniş etməsi nəzərdə tutulur”
Manşet / Sosial / Bugün, 11:14

"DSMF-nin gələn il əhaliyə 8 milyard manatdan çox ödəniş etməsi nəzərdə tutulur”

 

"Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat olması proqnozlaşdırılır və bunun 96,6% və ya 8 milyard 196 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək”.
 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Təbii ehtiyatlar, energetika və ekologiya, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında bildirib.  
Ətraflı
 
O vurğulayıb ki, bu vəsait 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. 
 
Nazir 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulduğunu deyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.