Dəmir yumruq » Manşet » Saatlıda daha bir ÖZBAŞINALIQ: bələdiyyə üzvü məhkəmə qərarını təhqir etdi-ŞOK
Manşet / Bugün, 10:10

Saatlıda daha bir ÖZBAŞINALIQ: bələdiyyə üzvü məhkəmə qərarını təhqir etdi-ŞOK

Həyat nə qədər qəribə olsada bir o qədər maraqlıdır. Bəli, ən maraqlı məqam ondan ibarətdir ki, bəzi şəxslər öz çirkin əməllərinə don geyindirməklə özlərini sanki mələk kimi cəmiyyətə sıramağa çalışır. Amma Texnalogiyanın inkişaf etdiyi bir zamanda, yeni təfəkküllə yaşamaq, inkişaf etmək ən azından cəmiyyətimiz üçün faydalıdır. Düşünmək lazımdır ki, qanun qarşısında hər bir şəxs məsüliyyət daşıyır...

Vətəndaşlar, həmçinin televiziyalar önündə dövlətçilikdən, göstərilən etimadı doğrultmaq haqqında saatlarla ağız dolusu danışmaq nə qədər məsüliyyətlidirsə, əməl etmək də bir o qədər məsüliyyətlidir.  

Söhbət açdığımız mövzü məhz zəhmətkeş Saatlı rayon sakinləridir ki, problemlərinin həlli istiqamətində heç bir addım atılmır. Əksinə, rayonun Azadkənd kənd bələdiyyəsindən daha da narazılıqlar artır, sakinlər isə bundan sonra icra başçısından heç bir köməklik ummadıqlarını söyləyir. Demiryumruq.az-a daxil olan yeni bir məlumatda bildirilir ki, bələdiyyə üzvü Cabbarov Xalid Ataş oğlu məhkəmənin qərarını təhqir edərək rayonda İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynova arxalandığını vurğulayıb. Örüş torpaqları zəbt etmək bir qanun pozuntusu, üstəlik dövlətin adından qərar qəbul edən məhkəmə orqanlarını təhqir etmək iki pozuntu...

Bələdiyyə sədri Fuad Rəhimov da eyni ilə hər yerdə A. Hüseynova arxalandıqlarını bildirir. Bir halda ki, şöbə rəisi "Məhkəmənin qərarı Allahın qərarı deyil ki" söyləyirsə, əlbəttə ki, bələdiyyə üzüvlərində də eyni düşüncə, eyni ağlın məsulu olacaq...

Gəlin görək, Saatlı rayonunda prezidentin səlahiyyətli nümayindəsinin olduğu hiss olunurmu?

Dəfələrlə şahidi olmuşuq ki, ölkə başçısı İlham Əliyev icra başçılarına ilk növbədə rayon sakinləri ilə birgə işləmək və onların problemlərinin istiqamətində işlərin görülməsini tövsiyə edib. Əfsüslər olsun ki, bəzi icra başçılar heç bir tapşırığa əməl etmir, əksinə, narazı kütlənin artmasına şərait yaradır. 

Saatlı rayonu Azadkənd kəndində dəfələrlə qeyd etdiyimiz qanun pozuntuları görməzdən gəlinir, tədbir görülmür. Dövlət qurumlarının rəhbərləri üzərlərinə düşən vəzifəni icra etməkdən vaz keçir. Belə olan halda vətəndaş bir başa dövlətdən narazı qalır. Səbəb nədir?

Sadə üzülla desək, məmurlar öz şəxsi mənafeylərini dövlətimizin qanunlarından üstün tutur. Necə ola bilər ki, illərlə yaşanan problem öz həllini tapmır və haqlı sakinlərin narazılıqları eşidilmir. Necə ola bilər ki, sıradan bir bələdiyyə üzvü dövlətin adından çıxış edən məhkəmə orqanlarını təhqir etsin...

İnanaq ki, istər Ədliyyə Naziri cənab Fərid Əhmədov, istərsə də Saatlı RİH başçısı cənab Elmir Bağırov tərəfindən məsələnin dərindən araşdırılması üçün göstəriş veriləcək. Onu da qeyd edək ki, hər bir məmurun vəzifə borcu dövlətə sədaqətlə xidmət etməkdir...

Adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Demiryumruq.az

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.