Dəmir yumruq » Manşet » Xanlar Vəliyevin qohumu 9 nəfərin 1 milyondan çox pulunu mənimsədi, azadlığa çıxdı
Manşet / Bugün, 08:34

Xanlar Vəliyevin qohumu 9 nəfərin 1 milyondan çox pulunu mənimsədi, azadlığa çıxdı

 

7news.az xəbər verir ki, DSX zabiti Tural Abdullayev 9 nəfərin 1 milyondan çox vəsaitini mənimsəyərək dələduzluq etmişdi. Hakim Rafiq Abbasov cəzanı 14 ildən 6 ilə saldı, daha sonra azad edəcəyini vəd etdi və sözünün üstünədurdu. Budur, Tural Abdullayev azadlıqdadır, vəsaiti dələduzluq yolu ilə oğurlanan sıravi iş adamları, vətəndaşlar isə çıxılmaz vəziyyətdə qalıblar.

Dövlət Sərhəd Xidmətinin zabiti, 2016-cı və 2018-ci illərdə Yalama vəBiləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləmiş kapitan Tural Abdullayevin dələduzluğa görə həbsini xatırlayırlar. Normalda kapitan olmasına baxmayaraq, Tural Abdullayev çox mühüm və əhəmiyyətli postlarda vəzifə alıb və karyera yüksəlişinə görə DSX-nın o zamankı komandan müavini olan atası Sücəddin Abdullayevə borclu olub. Amma gənc yaşlarında yüksək vəzifələr tutan Tural Abdullayev karyerasını davam etdirmək yolunu deyil, dələduzluq yolunu seçib. Bəlkə də bu seçimində yanılmayıb da…

Çox təəccüblü və maraqlısı da budur ki, o öz tələsinə ilk olaraq saldığı insanlardan biri də Tural Abdullayevin yaxın dostlarından biri olub. Cəmi 50 min manat olsa da, onu belə verməkdən imtina edir. 

Namiq Abdullayev isə onun yeganə qurbanı deyil. Daha 8 nəfər Tural Abdullayevin dələduzluğunun qurbanı olduğuna görə məhkəməyə müraciət edib. Ümumilikdə, 9 nəfərdən 1 milyondan çox vəsait oğurlayan Tural Abdullayev azadlıqdır.

Müraciətdə deyilir ki, o bu azadlığını qohumları Xanlar Vəliyev, bacısı Ceyran xanım, onun əri, Nərimanov Səfərbərlik idarəsinin mayoru İsmayıl Daşdəmirova borcludur. Məlumatda o da qeyd edilir ki, Tural Abdullayevin atası Sucəddin Abdullayev Ramiz Mehdiyevin yaxın silahdaşı olub.

Mövzunu dava etdirəcəyik.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.