 
 
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Balakən Rayon İcra Hakimiyyətinin icra başçısı İslam Rzayevin bacısı oğlu Elman Mehdiyev barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
 Demiryumruq.az Bakupost.az-a istinadən xəbər verir ki, Elman Mehdiyev hazırda Maliyyə Nazirliyində çalışmır.
O 2018-ci ildən maliyyə nazirinin müşaviri vəzifəsində çalışıb və bu ilin əvvəlində həmin vəzifəsindən ayrılıb. Daha əvvəl o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidmətindən təsdiq ediblər.
Xatırladaq ki, İslam Rzayevin bacısı oğlu Elman Mehdiyevin maliyyə nazirinin müşavini olması barədə məlumat yayılıb.