Dəmir yumruq » Manşet » Ədliyyə Naziri Fərid Əhmədova sual: cənab nazir, məhkəmə qərarı Allahın qərarından üstündür, yoxsa əksinə?
Manşet / Bugün, 08:35

Ədliyyə Naziri Fərid Əhmədova sual: cənab nazir, məhkəmə qərarı Allahın qərarından üstündür, yoxsa əksinə?

 

Saatlıdan daha bir şikayət məktubu redaksiyamıza daxil oldu. Belə ki, iddialara görə Saatlı rayonunda baş verən xoşagəlməz hadisə ilə bağlı heç bir dövlət qurumu tədbir görmək istəmir.

Ona görə də hüquqları tapdalanan Azadkənd kənd sakinləri son ümüd yeri ölkə başçısı cənab İlham Əliyevə edəcəkləri müraciətdə görür. Dəfələrlə qeyd olunan qanun pozuntularını görməmək ya məsüliyyətsizlikdir, ya da hegemonluq. Əlbəttə də ki, ölkə başçısı bu cür faktları qəbul etmir və özünü "kəndxuda" hesab edən məmurlara qarşı ciddi tədbir görülməsi üçün göstəriş verib. 

Xatırladaq ki, ötən yazılarımızda qeyd etmişdik ki, Saatlı rayon Azadkənd kənd sakinlərinin əlindən alınan örüş torpaq sahələri məhkəmə qətnaməsindən sonra yenidən sakinlərin ixtiyarına verilməli idi. Əfsüslər olsun ki, Saatlı rayonunda dövlət qanunları kağız parçası hesab edilir və bir ovuc məmur öz çirkin niyyətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifa edir.

Təbii ki, Azadkənd kənd bələdiyyə sədri Fuad Rəhimov və İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov narazı kütlənin artmasında və eyni zaman da vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində redaksiyamıza məlumatlar durmadan gəlməkdə davam edir. Ədliyyə Naziri cənab Fərid Əhmədovun diqqətinə çatdırmaq istəyirik ki, şöbə rəisi A. Hüseynov öz işini icra edə bilmir və çəkinmədən məhkəmə qərarını "Allahın qərarı deyil ki" bildirir. Əgər doğrudan da dövlətimizin adından qərar qəbul olunan məhkəmə qərarları sadəcə kağız parçası hesab olunacaqsa, o zaman nə üçün belə bir orqan fəaliyyət göstərir?

Cənab nazir, bir daha nəzərinizə çatdırırıq ki, yuxarıda göstərilən sübutlar və faktlar konkret sənədlərə əsaslanır və məhkəmə qərarı icra olunmur. Təəsüflər olsun ki, qərarları icra edən orqan səmərəsiz işlərlə məşğul olmaqla yanaşı, "sifariş" də qəbul etməyi unutmur. 

Mövzüya yenidən qayıdacayıq...

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.