Dəmir yumruq » Manşet » Şəhid Nicat Səmədovun xatirəsi anılıb
Manşet / Tədbir / Bugün, 10:55

Şəhid Nicat Səmədovun xatirəsi anılıb


Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Nicat Səmədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin zabiti general mayor Zaur Niftillayev, Milli Məclisin deputatı Səbinə xanım Xasayeva, Binəqədi rayon İcra Hakimiyyətinin və Xocəsən bələdiyyəsinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri , yaxınları və şəhid Nicat Səmədovun təhsil aldığı 217 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
 Mərasimdə çıxış edənlər Vətən müharibəsində  Azərbaycan oğullarının göstərdiyi  şücaət və qəhrəmanlıqdan söhbət açdılar. Döyüş yoldaşları şəhid Nicat haqqında xatirələrini yada saldılar. Şagirdlər şəhidə həsr olunan şeirlər səsləndirdilər.
Şəhidin atası Şahin Səmədov ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Sonda şəhidlərin ruhuna dualar oxundu.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.