Dəmir yumruq » Manşet » Saatlı rayon sakinləri prezidentə MÜRACİƏT EDƏCƏK
Manşet / Bugün, 09:48

Saatlı rayon sakinləri prezidentə MÜRACİƏT EDƏCƏK

 

"Məhkəmə qərarı Allahın qərarıdır?" deyən bir məmləkətdə yaşamaq, yaşatmaq sözün həqiqi mənasında ərşin zülmə çəkiləcəyi günü xatırladır. 

O gün bu gündür. Daha dəqiq desək, Saatlı rayonu bir ovuc məmur tərəfindən zəbt edilib, kənd sakinlərinin örüş torpaqları əllərindən alınıb. Məhkəmə qərarları isə bir mənalı şəkildə icra olunmur. Problemlərin kökü hansı istiqamətdə davam edir ki, narazı kütlənin artmasına heç kim mane olmur. Bəlkə, həqiqətəndə pərdə arxasında qara quvvələr iş başındadır. Keçək mətləbə...

İlk öncə rayon icra hakimiyyətinin etimadsızlığından bəzi məqamları diqqətinizə çatdıraq. 5 il öncə ölkə başçısı cənab İlham Əliyev Elmir Məmməd oğlu Bağırovu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Məlum məsələdir ki, bütün tövsiyələr rayon sakinləri ilə birgə işləməli, onların problemlərinin istiqamətində səy göstərməlidir. Vəzifə borcu olaraq qeyri şərtsiz xalqa xidmət etməlidir.

İcra başçısı olaraq bir mənalı şəkildə prezidentin etimadını doğrultsun. Əfsüslər olsun ki, E. Bağırov tam əksini, yəni, zəhmətkeş rayon sakinlərinin torpaqlarını əlindən aldı, onlara olmayan zülmlər etdi. Məsüliyyəti üzərindən atmaq üçün yollar aradı. Gah torpaqların bələdiyyəyə məxsus olduğunu dilə gətirdi, gah da, digər bəhanələrlə özünü sığortalamağa çalışdı. Doğrudur, bələdiyyələr müstəqil qurum olaraq öz fəaliyyətlərini sərbəst həyata keçirməli, islahatları isə doğru yerinə yetirməlidir.

Amma Saatlı rayon Azadkənd kənd bələdiyyə sədri Fuad Rəhimov sakinlərin örüş torpaqlarını onların əlindən alıb icarəyə verib. Sakinlər də haqlı olaraq məhkəməyə uz tutub və ədaləti pərba edən məhkəmə orqanı Azadkənd kənd sakinlərinin xeyrinə qərar çıxardıb. Bir sözlə, örüş torpaqlar təcili kənd sakinlərinin ixtiyarına verilməlidir. İllər keçsədə nə qanunlara əməl edən var, nə də məhkəmə qərarını icra edən var. İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov isə məhkəmə qərarını kağız parçası hesab etməklə yanaşı, "Məhkəmə qərarı Allahın qərarıdır?" deyə söyləyib.

Belə bir məqamda zəhmətkeş kənd sakinləri kimə üz tutmalıdır? İcra başçısı E. Bağırov ümumiyyətlə narazı kütləni dinləmək belə istəmir. Bələdiyyə sədri Fuad Rəhimov sakinləri həbs etməklə hədələyir. Yuxarıda qeyd etdiyimiz kimi, bir ovuc məmur rayon sakinlərinə qənim kəsilib. Rayonda ümumiyyətlə dövlət qanunlarına əməl edilmir. Bütün bunları nəzərə alıb Saatlı rayon Azadkənd kənd sakinləri prezident İlham Əliyevə və Birinci vitsa- prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlanacağı bildirilir. Bizi izləməyi unutmayın...

Demiryumruq.az 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.