Ata və oğlu. Sanki bir ailənin həyat hekayəsidir. Ata Beynəlxalq Universitetin sabiq rektoru, Elşad Abdullayev ölkədə məlum olaylardan sonra xarici ölkəyə yəni, Fransaya üz tutdu.
Bir sözlə, Fransada məskunlaşan E. Abdullayev ölkəmizə qarşı olmayan, şər və böhtan, üstəlik qara yaxma kampaniyasına start verdi, Təbii ki, xarici quvvələrin əlinə oynanayn keçmiş rektor ermənilərlə iş birliyi qurmağından belə çəkinmədi. Hələ o dövürdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, torpaqlarımızın işğalı, Qarabağda yaşayan vətəndaşlara qarşı soyqırım hadisəsi zərrə qədər də olsun E. Abdulayevi narahat etmədi. Millətin üz qarası olan bu şəxs ölkəmizə və ölkənin prezidentinə olmayan böhtanlar atdı, yalanlar uydurdu.
Azərbaycanda ABU-də təhsil alan neçə-neçə tələbələrin həyatı ilə oynayan keçmiş rektorun əməlləri bir yana, hazırda oğlu Elşən Abdullayev atasının yolunu tutacağına and içib. Elşən Abdullayevlə Bakıda doğulmuş, erməni əsilli Şaxramanova Susanna Şaqenova arasında imzalanmış bir neçə müqavilə sənədləri mediada yayyımlanıb. Sənədlərdə qeyd olunur ki, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Elşad oğlu ona məxsus Moskva şəhəri, Lenin rayonunda yerləşən obyekti Şaxramanova Susanna Şaqenovaya arendaya verir. Bir faktı qeyd edək ki, Elşən Abdullayev evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub.
Elşad Abdullayevin Moskva şəhərində olan mülklərin birində rusiya vətəndaşına məxsus avtomobil girov saxlanılır. Bununla bağlı vətəndaş məhkəməyə müraciət edərək öz avtomobilini geri almaığını tələb edib. Məhkəmə qərar qəbul edir ki, iddiaçının iddiası təmin edilsin. Rusiya dövlətin qanunlarına əsasən məhkəmə qərarı yalınız o halda icra oluna bilər ki, mülk sahibi və yaxud ailə üzüvləri həmən ünvanda olsun. İllərlə tələbələrin haqqını yeyən Elşad Abdullayev ümumiyyətlə avtomaşını verməkdən boyun qaçırır. Lakin oğlu Elşən Abdullayev zəhmət çəkib adı hallanan ünvana gələ bilər və xanımın avtomobilini geri qaytarılmasında iştirak edə bilər. Görünür, ata və oğul bütün iyrəncliklərdən istifadə edərək öz çirkin əməllərindən çəkinmək belə istəmirlər. Ermənilər üçün "açıq qapı" elan edən bu şəxslər sadə vətəndaşlara qarşı amansız olduqlarını isbat edirlər.
Demiryumruq.az