Dəmir yumruq » Manşet » Saatlıda daha bir BİABIRÇILIQ": "Məhkəmə qərarı Allahın qərarıdır?"
Manşet / 10-10-2025, 09:35

Saatlıda daha bir BİABIRÇILIQ": "Məhkəmə qərarı Allahın qərarıdır?"

 

Saatlı rayonundan daha bir şikayət məktubu redaksiyamıza daxil oldu. Belə ki, rayonun Azadkənd kəndindən olan bir qrup sakin hüquqlarının kobud şəkildə pozulduğunu iddia edirlər. 

Məktubda deyilir: Kəndin bələdiyyə sədri Fuad Rəhimov məhkəmə qətnaməsini "kağız parçası" hesab edərək örüş torpaqlarını əlimizdən alaraq icarəyə verib. Bununla bağlı biz məhkəməyə müraciət etdk. Dövlətin ali qrumu hesab edir ki, örüş torpaqlar icarəyə verilə bilməz və təcili kənd sakinlərinə qaytarılsın. İnana bilməzdik ki, məhkəmə qətnaməsi sakinki sıradan bir kağızdır. Lakin bələdiyyə sədri dövlətin qanunlarnı saya almayaraq öz qanunsuz əməllərini hələ də davam etdirir. Xahiş edirik ki, səsimizi dövlət başçısına və digər qrumlara çatdırasınız.

Əslində sakinləri dövlətdən narazı salmaq, onların hüquqlarını pozmaq bir mənalı olaraq dövlət başçısına qarşı ən böyük təxribatdır. Nəzərinizə çatdıraq ki, illərdir kənd sakinlərinin örüş torpaqları bir ovuc məmurlar tərəfindən mənimsənilib və icarəyə verilib. Qanuvericilikdə göstərilir ki, bələdiyyələr müstəqil şəkildə fəaliyyət göstərməlidir. Hazırda reallıq sübüt edir ki, heç bir bələdiyyə orqanı müstəqil fəaliyyət göstərmir. Məlum məsələdir ki, bələdiyyə sədri icra başçının razılığı olmadan balansıda olan bir qarış torpaq sahəsini nə sata bilir, nə də icarəyə verə bilir. Yəni, rayonun "kəndxudası" istədiyi formada, istədiyi tonda bütün məsələləri közə bilir. Dövlətin qanunları isə bələdiyyə sədri Fuad Rəhimov demişkən kağız parçası olaraq qalır. 

Kifayət qədər narazılıqlar olduğu bir zaman da Saatlı RİH başçısı Elmir Bağırov özünü heç bir halda künahkar hesab etmir. Məsüliyyəti isə yükləyir bir başa bələdiyyə sədrinin üzərinə. Sual yaranır. Dövlətin ali qurumu hesab edir ki, örüş torpaqların təyinadı və eyni zaman da icarəyə verilə bilməz. Bununla bağlı faktlar məhkəmə qətnaməsində öz əksini tapmışdır. Necə olur ki, prezidentin səlahiyyətli nümayindəsi dövlətin qanunlarını saya almır və sakinlərin haqlı narazılıqlarını dinləmək belə istəmir?

Azadkənd kənd sakinləri örüş torpaqlarını təcili kənd sakinlərinə qaytarılması ilə bağlı məhkəmə qətnaməsini Satlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynova təqdim edir. Çox hörmətli Araz müəllim sakinlərə bildirir ki, "məhkəmə qərarı Allahın qərarı deyil". Nə qədər gülünc olsada heç bir açıqlama təəcüblü görünməməlidir. Çünki maraqlı olan tərəflər həqiqətəndə nə qanunlara riayət edəcək, nə də Allahın ədalətinə inanacaq. 

Mövzüya yenidən qayıdacayıq.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.