
Nazirlər Kabineti "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib.
O bildirib ki, yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim və ya əldə edilə bilər:
"Bu qərarlarda göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək.
Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq, bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünün dəyişdirilməsi proseslərinin sadələşdirilməsinə imkan verəcək. Məlumatların EHİS üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu, məlumatlara əlçatanlıq baxımından vacibdir".
"Yeni qaydalar pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiya məlumatlarına əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər", - deyə deputat qeyd edib.