Dəmir yumruq » Manşet » Sözlərində təhqir var imiş - Əlavə ekspertlər gələcək
Manşet / Cəmiyyət / 3-10-2025, 15:34

Sözlərində təhqir var imiş - Əlavə ekspertlər gələcək

 

    

Şərur MSK-nin sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib.
 
Bu günkü prosesdə iş adamını məhkəməlik edən videomaterialla bağlı ekspert rəyi elan olunub.
 
İ.Axundovdan “Proqres 2016” MTK-nın hazırda həbsdə olan rəhbəri Emil Səməndərov şikayət verib. Xüsusi ittihamçını məhkəmədə vəkil Asim Abbasov müdafiə edir.
 
E.Səməndərov barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi aparılır, lakin hələ yekun hökm çıxarılmayıb. Şikayətində qeyd olunur ki, İ.Axundov verilişlərin birində onu “dələduz” adlandırıb.
 
Ekspertlər həmin videoçıxışı təhlil edərək İ. Axundovun sözlərində təhqir əlamətlərinin olduğunu müəyyənləşdirib.
 
Şərurlu İsfəndiyarın vəkilləri isə bu rəylə razılaşmayıb. Onlar Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnsitutundan məhkəməyə ekspert çağırılmasını istəyiblər.  
 
Xüsusi ittihamçının vəkili Asim Abbasov etiraz etsə də, hakim vəsatəti təmin edib.
 
AMEA-dan ekspert gələnə qədər proses təxirə salınıb.22

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.