Dəmir yumruq » Manşet » Təhlükəli maddələr İDDİASI: Azərbaycanda satışda olan iki məşhur çay brendlərinin tərkibi ARAŞDIRILIR - RƏSMİ
Manşet / Cəmiyyət / 2-10-2025, 19:29

Təhlükəli maddələr İDDİASI: Azərbaycanda satışda olan iki məşhur çay brendlərinin tərkibi ARAŞDIRILIR - RƏSMİ

  

Mətbuatda Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə bağlı məlumatlar yayılıb.
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizə idxal olunan həmin çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
 
Məlumata görə, yoxlamalar riskəsaslı yanaşma əsasında həyata keçirilir və araşdırmalar hazırda davam etdirilir.
 
Agentlik bildirib ki, nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.