Dəmir yumruq » Manşet » Nilayın əlindən tutan prezident
Manşet / Cəmiyyət / 27-09-2025, 17:26

Nilayın əlindən tutan prezident

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin Gəncədə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşünə dair paylaşım edib.
 
H.Hacıyevin “X” hesabında edilən paylaşımda deyilir:
 
“Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket hücumu zamanı valideynlərini və yaxınlarını itirən balaca Nilayın əlini nəvazişlə tutur – bu, həqiqətən də “danışan fotolar”dır, burada şəkil özü bütün faciəvi hekayəni sözsüz izah edir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.