Dəmir yumruq » Manşet » Bayramovla Mirzoyan görüşdü - Foto
Manşet / Siyasət / 23-09-2025, 09:38

Bayramovla Mirzoyan görüşdü - Foto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
 
XİN-dən verilən məlumata görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
 
Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.2

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.