Dəmir yumruq » Manşet » Pezeşkianla Mustafayev görüşüb-fpto
Manşet / Siyasət / 23-09-2025, 09:36

Pezeşkianla Mustafayev görüşüb-fpto

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin (NK) Mətbuat xidməti də məlumat yayıb.
 
Bildirilib ki, görüşdə Şahin Mustafayev Məsud Pezeşkiana Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
 
Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
 
Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
 
İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.