Xəbər lenti
Dəmir yumruq » Manşet » Binəqədidə Dövlət Suverenliyi Günü qeyd olundu - Fotolar
Manşet / Tədbir / Bugün, 18:50

Binəqədidə Dövlət Suverenliyi Günü qeyd olundu - Fotolar

 

     

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr- “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirilib.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Daxili Qoşunların Hərbi İnstitutunun prorektoru polkovnik Eldəniz Abbasov və kursantlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri,  bələdiyyə sədrləri, qazilər və hərbçilər, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin,  ictimai birliklərin nümayəndələri, gənclər iştirak ediblər.
 
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəni ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.
 
Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
 
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli  Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səslənib.  
 
20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş konsert proqramının bədii hissəsində Xalq artisti Tünzalə Ağayeva, əməkdar artisti Lalə Məmmədova,  müğənni Mərdan Kazımov, Samirə Əliməryəm və Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar, biri-birindən gözəl musiqilər səslənib.
 
Xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olunub.  
 
Sonda xatirə şəkli çəkilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.