Dəmir yumruq » Manşet » Biz də süni intellektdən səmərəli istifadə etməliyik
Manşet / Cəmiyyət / Bugün, 09:41

Biz də süni intellektdən səmərəli istifadə etməliyik

Konstitusiya Məhkəməsinin qəbul edilən qərarlarında Milli Məclisin rəyləri xüsusi yer tutur. Parlamentdə qəbul olunan qanunlar ekspertizadan keçir. O qanunların gücü məhkəmədir. 
 
Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr etdiyi konfransda bildirib.
 
“Bütün dövlətlərdə fakt var ki, qanunlar qəbul ediləndə onlar konstitusiyaya uyğun hesab edilir və qanunlar bu istiqamətdə qəbul olunur. Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır. Müəyyən illərdən sonra aşkar olunur ki, qanunun hansısa hissəsi natamamdır, korreksiyanın həyata keçirilməsi vacibdir. Buna görə Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır”, - deyə Fərhad Abdullayev qeyd edib. 
 
Fərhad Abdullayev süni intellekt haqda da danışıb: “İnsan hər zaman gərək idarə etsin. Bir həmkarımız Qazaxıstandan gəlib. O bildirir ki, artıq Qazaxıstan məhkəmələrində süni intellektin rəylərindən istifadə olunur.
 
Süni intellektin rəyi sübut növü kimi məhkəmədə qəbul olunur və araşdırılır, buna qiymət verilir. Yəni süni intellektin qarşısında məsələ qaldırılır və onun rəyindən sübutlarda istifadə olunur. Bununla razılaşmaq da, razılaşmamaq da olar. Amma bir faktdır ki, süni intellektin inkişafı dayanmayacaq. Bu, gedən bir prosesdir və bunu qəbul etmək lazımdır. Biz də bundan səmərəli istifadə etməliyik”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.