Xəbər lenti
Dəmir yumruq » Manşet » Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Gününün Tarixi və Strateji Əhəmiyyəti
Manşet / Siyasət / Bugün, 16:31

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Gününün Tarixi və Strateji Əhəmiyyəti

 

Azərbaycan xalqı artıq 2-ci ildir ki, 20 sentyabr tarixində Xankəndi, Xocalı, Xacəvənd və Ağdərə gününü qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis olunan bu gün uzun illərin həsrətinə son qoyan böyük Zəfərin, ərazi bütövlüyümüzün tam bərpasının rəmzidir. 


Bu əlamətdar günün təsis edilməsi təkcə qələbənin rəsmiləşdirilməsi deyil, həm də otuz il ərzində apaırlan mübarizənin, minlərlə vətən övladının canı, qani bahasına qazanılan müqəddəs bir qabiliyyətin simvoludur. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması, terrorçu dəstələrin ləğv olunaraq bölgədən birdəfəlik çıxarılması ilə Azərbaycan dövlətinin suverenliyi bərpa edildi.


2023-cü ilin oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu an xalqımızın yaddaşına qürur və fəxarət dolu bir səhifə kimi yazıldı.Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi vədlərin gerçəkləşməsi, Azərbaycan milli maraqlarının və ərazi bütövlüyünün qorunması dövlət başçımızın sarsılmaz iradəsinin və xalqın birliyinin təntənəsi oldu. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini aydınlıqla ifadə edirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi”.


Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və qətiyyətli siaysətin nəticələrini bir daha özündə əks etdirirdi. Sözsüz ki, qazanılan bu qələbə yalnız hərbi uğur deyil,  həm də milli iradənin, xalq, dövlət birliyinin təntənəsi idi. 2023-cü ilin noyabrında Xankəndində keçirilən hərbi parad, dekabr ayında “Qarabağ” futbol komandasının otuz ildən sonra bölgədə oynadığı ilk rəsmi oyun, Xocalı və Hadrutda bərpa olunan həyat bu Zəfərin bariz nümunələridir. Bütün bu tədbirlər həm də dünyaya bir daha göstərdi ki, Azərbaycan bu torpaqların yeganə sahibidir və burada yalnız üçrəngli bayrağımız dalğalanacaq.


Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş , açılışlarda təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktik təzahürləridir. Xankəndində hotellərin, konqres mərkəzlərinin, məktəblərin uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurlarımızın bariz nümunəsidir.


20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü yalnız tarixi Qələbəmizi xatırlatmır, həm də gələcəyə inam, quruculuq və tərəqqi yolunda möhkəm iradəmizi ifadə edir. Bu gün azad olunmuş ərazilərimizdə ucalan Azərbaycan bayrağı şəhidlərimizin ruhunu şad edir. Torpaqlarımızın işğaldan azad edilməsi həm də gələcək nəsillərə örnək olaraq vətən sevgisinin, dövlətə sədaqətin və mübarizə əzminin ən parlaq nümunəsi kimi tarixdə qalacaq.


İllərlə həsrətində olduğumuz bu gün artıq reallığa çevrilib və Azərbaycan xalqı qürur hissi ilə öz Zəfər yolunu şərəflə davam etdirir.


 

 

 

 

 

 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.