Xəbər lenti
Dəmir yumruq » Manşet » Ay nazir, sən niyə deputatın müraciətinə cavab vermirsən?
Manşet / Cəmiyyət / Bugün, 09:19

Ay nazir, sən niyə deputatın müraciətinə cavab vermirsən?

Nazirlər, komitə sədrləri mətkublarımıza və telefonlarımıza cavab vermir.
 
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
 
O qeyd edib ki, xalqla üzbəüz qalan deputatdır, nazir və komitə sədrləri deyil:
 
“Seçicilər məndən soruşur ki, ay müəllim, filan məsələ bəs nə oldu? Cavabı mən verməli oluram. Bəs, ay nazir, ay komitə sədri, sən niyə deputatın müraciətinə cavab vermirsən? Heç olmasa köməkçilərinə göstəriş versinlər. Bizim nazirlərin tempi ölkə Prezidentinin iş tepminə uyğun deyil.
 
Növbəti plenar iclasların birində mən bu adamların adını çəkəcəm. Verdikləri cavablar isə çox bivecdir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.