Xəbər lenti
Dəmir yumruq » Manşet » Dövlət büdcəsindən ayrılan vəsaitin ayrılmasında məqsəd bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin…”
Manşet / Cəmiyyət / Bugün, 08:48

Dövlət büdcəsindən ayrılan vəsaitin ayrılmasında məqsəd bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin…”

Vüqar Tofiqli: “Dövlət büdcəsindən ayrılan vəsaitin ayrılmasında məqsəd bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin…”
 
Vüqar Tofiqli: “Dövlət büdcəsindən ayrılan vəsaitin ayrılmasında məqsəd bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin…”
“Bu gün bələdiyyələrə  dotasiya və subvensiyanın ayrılmasında ciddi problemlər var. Büdcə də ayrılması nəzərdə tutulan dotasiya 16 sentyabradək hələ də ayrılmayıb. Subvensiya layihələrindən isə hələ söhbət getmir”- bu fikirləri “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli Milli Məclisin Regional məsələlər komitəsinin iclasında qeyd edib.  
İctimai birliyin sədri qeyd edib ki, bu sahədə ciddi problemlərin aradan qaldırılması, şəffaflığın təmin edilməsi üçün ciddi yeniliklərin atılmasına ehtiyac var.
Son beş ildə ayrılan subvensiya layihələrinin ikisi barədə materialların müvafiq hüquq-mühafizə orqanlarına müraciətin edilməsi, ikisinə  ayrılan maliyyə vəsaitinin geri qaytarılıması, o cümlədən ayrılan 20 subvensiya layihəsindən yalnız altıya yaxın hissəsi haqqında müəyyən addımların atılması təssüf doğurur. Bu gün M.Ə.Rəsulzadə, Şəmkir, Sabirabad, Qubanın Tüləkəran, Mingəçevir  və Sabunçu  bələdiyyələrinin həyata keçirdyi subvensiya layihələrindən başqa digər layihələr barəsində məlumatın paylaşılmaması təəsüf doğurur.
Dövlət büdcəsindən ayrılan vəsaiti ayrılmasında məqsəd bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin iyirmi layihədən yalnız altısının dayanıqlı maliyyə mənbəyinin yaratması təəsüf doğurur.
Mövcud neqativlərin aradan qaldırılması, şəffaflığın təmin edilməsi üçün Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının iştirakı ilə “Bələdiyyələrə Dövlət Dəstəyi Fondunun” yaradılmasını təklif edilir.  Yaradılacaq qurum “Publik hüquqi şəxs” olaraq Müşahidə Şurası təsis edilir və Şuranın üzvləri ölkə başçısının sərəncamı ilə təyin edilir. Dövlətin ayırdığı vəsaitdə məhz bu fonda köçürülür. Fond özü kimə hansı miqdarda vəsait ayırmalı olduğu yaxşı bilir. Çünki Müşahidə Şurasında olanlar bilavasitə bələdiyyələrin fəaliyyəti barəsində dərin bilgisi olanlar olacaqdır. Təxminən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sxemində yaradılacaq bu qurum bütünlükdə bu sahədəki mövcud olan neqativi aradan qaldıra biləcəkdir.
Müşahidə Şurasında Ədliyyə nazirliyinin, vətəndaş cəmiyyətinin, milli bələdiyyə assosiasiyalarının təmsilçilərinin olması nəticə etibari ilə həm dotasiyanın, həm də subvensiyanın ayrılmasında şəffaflığın qorunmasında öz dəstəyini göstərmiş olacaqdır. Üstəlik ayrılan vəsaitlə konkret layihələri icra etməklə, həm də bələdiyyələrə ciddi dayanıqlı maliyyə mənbəyinin yaradılmasına nail olmaq olar.
Belediyye.info
P.S. Nəhəyət ki, bu gün dotasiyanın ayrılmasına başlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.