Dəmir yumruq » Manşet » XİN-dən Portuqaliya və Sudanla bağlı paylaşım
Manşet / Siyasət / Dün, 19:20

XİN-dən Portuqaliya və Sudanla bağlı paylaşım

 

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda funikulyor qəzası ilə bağlı başsağlığı verib.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
 
“Lissabonda “Gloria” funikulyorunun relsdən çıxması hadisəsi bizi dərindən kədərləndirdi. Qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - məlumatda qeyd olunub.
 
Xatırladaq ki, qəza nəticəsində 15 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb. 
 
***
 
Bununla yanaşı, XİN Sudanda baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib:
 
“Bu çətin zamanda qardaş Sudan xalqının kədərini bölüşürük. Yaralılara şəfa diləyir və Sudan xalqının bu faciənin nəticələrini güc və dözümlə dəf edəcəyinə ümid edirik”.
 
Onu da bildirək ki, Sudanda torpaq sürüşməsi səbəbindən 1000-dən çox insan həlak olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.