Dəmir yumruq » Manşet » Prezidentin MQ ilə son görüşü: Sizi dəvət etməmişəm!
Manşet / Siyasət / Dün, 09:20

Prezidentin MQ ilə son görüşü: Sizi dəvət etməmişəm!

 

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib.
 
Onun ləğv edilməsini birinci Azərbaycan tərəfi tələb edib.
 
4 il sonra Ermənistan da ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə razılaşıb.
 
Xatırladaq ki, Vətən müharibəsindən sonra 12 dekabr tarixində ATƏT-in Minsk Qrupu həmsədrləri Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ), Rusiyanın Azərbaycandakı səfiri — Mixail Boçarnikov Azərbaycan Prezidenti tərəfindən qəbul ediliblər.
 
Bu görüş Prezidentin çıxışı ilə uzun müddət gündəmdə qalmışdı.
 
İlham Əliyev həmsədrlərdən nə üçün gəldiklərini soruşurdu. Prezident bildirirdi ki, o, həmsdərləri dəvət etməyib. Həmçinin görüş zamanı ATƏT-in Minsk Qrupunun 28 il ərzində heç bir əməli addım atmadığı Prezident tərəfindən vurğulanır.
 
Qeyd olunur ki, illərlə Minsk Qrupunun həmsədrləri və ölkələrinin rəhbərləri torpaqlarımızın işğaldan azad edilməsinin hərbi həll yolunun olmadığını bildiriblər.
 
"Amma biz bu problemi hərbi yolla həll etmişik. Deməli, həll yolu var imiş", - dövlət başçısı qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.