Dəmir yumruq » Manşet » Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi
Manşet / Cəmiyyət / Dün, 09:06

Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi

 

2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.
 
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən bildirilib.
 
Vurğulanıb ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.
 
Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula-1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.