Dəmir yumruq » Manşet » Tramp Azərbaycan və Ermənistanı nümunə göstərdi
Manşet / Siyasət / 19-08-2025, 07:43

Tramp Azərbaycan və Ermənistanı nümunə göstərdi

 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna və digər Avropa ölkələri liderləri ilə görüş zamanı Azərbaycan və Ermənistanı misal gətirib.
 
Demiryumruq.az xəbər verir ki, Tramp Almaniya kansleri Fridrix Merzin Rusiyanın üçtərəfli görüşə qədər atəşi dayandırmalı olduğu barədə fikrinə cavab verərkən hər iki ölkəni xatırladıb.
 
"Mən bundan əvvəl 6 müharibəni dayandırmışam, atəşkəs olmayıb. Ötən həftə iki gözəl ölkə (Azərbaycan və Ermənistan - red.), onların arasında 35 il davam edən müharibə olub və burada da atəşkəs olmayıb", - deyə Tramp bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.