Dəmir yumruq » Manşet » İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...
Manşet / Siyasət / Bugün, 10:08

İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

 

Ermənistan və ABŞ “Tramp körpüsü”nə (Zəngəzur dəhlizi) nəzarət etmək üçün birgə şirkət yaradacaq.
 
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan açıqlama verib. Onun sözlərinə görə, layihənin şərtləri İranla razılaşdırılıb və Tehran tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınıb.
 
Xatırladaq ki, bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə müavini, general Yadullah Cavani Azərbaycanı və Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edərək, iki ölkənin Ukrayna Prezidenti Vladimir Zelenskinin səhvini təkrarladıqlarını iddia etmişdi.
 
Daha sonra məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çıxış edərək Zəngəzur dəhlizində “Tramp marşrutu”na təhlükə olduğu barədə yayılan məlumatları təkzib edib. O, İran və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin davam etdiyini vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.