Dəmir yumruq » Manşet » Vətəndaşlar rəislərə birbaşa müraciət edə biləcək - Video
Manşet / Cəmiyyət / Bugün, 15:16

Vətəndaşlar rəislərə birbaşa müraciət edə biləcək - Video



 

Vətəndaşlar qarşılaşdıqları hər hansısa bir məsələylə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.
 
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
 
Bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.
 
Qəbula “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.