Dəmir yumruq » Manşet » SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək
Manşet / İqtisadiyyat / Dün, 18:23

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

 

Gələcəkdə Yaxın Şərqdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
 
Demiryumruq. Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
 
Nazirin sözlərinə görə, gələcəkdə hansı ölkəyə qaz ixrac ediləcəyini indidən konkret olaraq demək düzgün olmaz:
 
“Ancaq onu qeyd edə bilərəm ki, Şərq bazarında və ümumilikdə bu coğrafiyada həm Azərbaycan qazına olan tələbat, həm də qazımızın rəqabətqabiliyyətli şərtlərlə bu bazara çatdırılması imkanları bu [Suriyaya qaz ixracı] layihə ilə artıq təsdiqlənmiş oldu. Əldə olunmuş razılaşmanın xüsusiyyətlərini nəzərə alaraq, türkiyəli həmkarlarımıza təşəkkürümü bildirirəm. Çünki qazın tranziti üçün onlar tərəfindən əlverişli şərait yaradılıb. Bu baxımdan gələcəkdə SOCAR-ın regionda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur”.
 
Nazir əlavə edib ki, Suriyaya ixrac olunan qaz birbaşa SOCAR tərəfindən göndərilir və satılır: “Bu, xarici konsorsiumlara məxsus qaz deyil. Təchizat SOCAR, yəni dövlət şirkəti tərəfindən həyata keçirilir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.