Dəmir yumruq » Manşet » "Bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır”
Manşet / İqtisadiyyat / Dün, 18:19

"Bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır”

 

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji əlaqələrini daha da gücləndirəcək”​.
 
Demiryumruq. Az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Elbeyli rayon təşkilatının sədri Nəcməddin Dönməz Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı möhkəmləndirəcək: “Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya çatdırılması qardaş ölkələrlə enerji bağlarımızı daha da möhkəmləndirəcək. Bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyuram”.
 
N. Dönməz qeyd edib ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır: “İnanıram ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq. Ümid edirəm ki, Suriyanın bərpası və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan bundan sonra da fəal təşəbbüslərlə çıxış edəcək”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.