Dəmir yumruq » Manşet » Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama
Manşet / Siyasət / Dün, 18:25

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

 

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama
 
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanıb, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.
 
MEDİA qeyd edir ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir:
 
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik"..

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.