Dəmir yumruq » Manşet » Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək
Manşet / Tədbir / Dün, 15:57

Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.
 
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib.
 
Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.
 
Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.