Dəmir yumruq » Manşet » AB Əliyev-Paşinyan görüşünü alqışlayır
Manşet / Siyasət / Dün, 19:28

AB Əliyev-Paşinyan görüşünü alqışlayır

 

Avropa Birliyi (AB) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəkləyir.
 
AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
 
Onun sözlərinə görə, AB iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.
 
“AB daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib və vurğulayıb ki, hazırkı görüş regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır.
 
“Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərsə, AB əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır”, - AB nümayəndəsi bildirib.
 
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.