Dəmir yumruq » Manşet » Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi
Manşet / Cəmiyyət / 5-07-2025, 17:22

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi

 

Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, hazırda məktəbəhazırlıq təhsilinin məcburi olması müzakirə predmeti olmadığı üçün bu barədə hər hansı dəyişiklik layihəsinin hazırlanmasına ehtiyac yaranmayıb.
 
Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.