Dəmir yumruq » Manşet » Ərdoğandan Azərbaycan və Rusiya arasındakı gərginliyə - Reaksiya
Manşet / Siyasət / Bugün, 13:56

Ərdoğandan Azərbaycan və Rusiya arasındakı gərginliyə - Reaksiya

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib.
 
O, bu barədə yerli jurnalistlərə açıqlamasında deyib:
 
“Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan bir ölkədir. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. İki ölkə arasında yaşanan neqativ hadisələrin tez bir zamanda başa çatacağına inanıram. Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur.
 
Biz bilirik ki, hər iki dostumuz bu problemi aradan qaldırmaq üçün anlayış səviyyəsinə malikdir. Cənab İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.