Dəmir yumruq » Manşet » Ərdoğan Xankəndidədir - Foto
Manşet / Hadisə / Bugün, 11:16

Ərdoğan Xankəndidədir - Foto

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
 
Bildirilib ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.
 
Türkiyə liderini XİN rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezidentin Xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və digər rəsmi şəxslər müşayiət edir.
 
***
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.
 
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Türkiyə Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
 
***
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndiyə gəlib.
 
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderini qarşılayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.