Xəbər lenti
Dəmir yumruq » Manşet » Əli Əsədov Ərsin Tatarla görüşüb
Manşet / Sosial / Bugün, 07:29

Əli Əsədov Ərsin Tatarla görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə görüşüb.
 
Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.
 
Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.
 
Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.