Dəmir yumruq » Manşet » İyulda bol yağıntı gözlənilir
Manşet / Cəmiyyət / Dün, 14:18

İyulda bol yağıntı gözlənilir

 

İyul ayı stabil aylardan olsa da, şimaldan Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində qeyri-sabit hava şəraiti gözləniləndir.
 
Bunu Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
 
“Həmin soyuq hava kütlələri nəticəsində, Azərbaycana bol yağıntıların düşməsi gözləniləndir. Bu da daşqınlara, çaylarda sululuğun artmasına səbəb ola bilər. Lakin hava şəraiti may-iyun aylarında normadan aşağı keçdiyinə görə, iyulda nisbətən isti ola bilər”, - o qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.