Dəmir yumruq » Manşet » Uşaqları dini mərasimlərə aparmayın! - Rəsmi müraciət
Manşet / Cəmiyyət / Bugün, 14:00

Uşaqları dini mərasimlərə aparmayın! - Rəsmi müraciət

 

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.
 
Bu barədə birgə məlumat daxil olub.
 
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.
 
İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür:
 
"Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar.
 
Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.