Dəmir yumruq » Manşet » Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə dair - Bəyanat
Manşet / Siyasət / Dün, 20:18

Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə dair - Bəyanat

 

"İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır”.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail və İran arasında atəşkəslə bağlı bəyanatında deyilir.
 
“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.
 
Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə bəyanatda qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.