Dəmir yumruq » Manşet » Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olundu
Manşet / Siyasət / Dün, 19:37

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olundu

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
 
Bu haqda XİN məlumat yayıb.
 
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
 
Nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.
 
Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.