Dəmir yumruq » Manşet » Bu ölkədə səfirliyimiz açıldı - Fotolar
Manşet / Siyasət / 3-06-2025, 13:51

Bu ölkədə səfirliyimiz açıldı - Fotolar

 

 

   

Azərbaycanın Keniyada səfirliyi açılıb.
 
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
Bildirilib ki, Keniyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə birlikdə Azərbaycanın Keniyadakı Səfirliyinin açılış mərasimində iştirak edib.
 
Nazirlər diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası əlaqələrinin davam etdirilməsi və möhkəmləndirilməsi, kommunikasiyaların asanlaşdırılması və əməkdaşlığın təşviqi istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.