Dəmir yumruq » Manşet » Ceyhun Bayramov Andrey Sibiqa ilə təkbətək görüşdü - foto
Manşet / Siyasət / Dün, 20:35

Ceyhun Bayramov Andrey Sibiqa ilə təkbətək görüşdü - foto

Azərbaycan və Ukrayna xarici işlər nazirləri Ceyhun Bayramovla Andrey Sibiqa arasında təkbətək görüş keçirilir. 
 
C.Bayramov ukraynalı həmkarını qarşılayıb. 
 
Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
*
 
Xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında geniştərkibli görüş də keçirilib.
 
Qeyd edilib ki, müzakirələr siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqələri və davam edən humanitar əməkdaşlığı əhatə edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.