Avstriya 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.
İsveçrədəki "Arena Plus" mərkəzində keçirilən yarışda ölkə təmsilçisi "Wasted Love" mahnısını səsləndirib.
Avstriya təmsilçisi 436 xal toplayıb. Yarışmada İsrail 357 xalla 2-ci, Estoniya isə 356 xalla üçüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı isə 15-də keçirilib.