Dəmir yumruq » Manşet » Azərbaycan - Vyetnam münasibətləri dostluq və səmimi tərəfdaşlığa əsaslanır
Manşet / Siyasət / Bugün, 11:43

Azərbaycan - Vyetnam münasibətləri dostluq və səmimi tərəfdaşlığa əsaslanır

 

Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin qurulması və ardıcıl inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu gündən-günə artırır. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş məqsədyönlü və uğurlu siyasət nəticəsində son illərdə Azərbaycanın beynəlxalq çəkisi daha da artıb, ölkəmiz aparıcı regional və qlobal aktor kimi pzünü təsdiq edib. 


Dövlətimizin başçısının xarici telekanallara, informasiya agaentliklərinə verdiyi müsahibələri, beynəlxalq tədbirlərdə nitq və çıxışları dövlətimizin xarici siyasət kursu ilə bağlı mühüm mesajlarla yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də diqqət çəkən məqamlarla yadda qaldı.


Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf məhələsinə qədəm qoyub. Ölkəmizin qarşılıqlı etimada əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir.


İlk növbədə qeyd etmək olar ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu səfərlə ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.


Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində diqqəti 2014-cü ildə Vyetnama dövlət səfərinə və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinə yönəldərək vurğuladı ki, atılan bu addımlar, qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezidenti Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə birinci Azərbaycan-Vyetnam biznes formu keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə iqtisadi-ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökümətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.


Dövlət başçısı müashibəsində, həmçinin iki ölkə arasında milli maaraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında əməkdaşlıq perspektivlərinə də toxunaraq qeyd etdi ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimat Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verib. Hakim partiyalar arasında əməkdaşlıqda iki ölkənin münasibətlərinin inkişafına təkan verir. 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb.


 Prezident müsahibədə, həmçinin onu da bildirib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon dollar olub. Sözsüz ki, bu göstəricini gələcəkdə də artırmaq üçün potensialimız mövcuddur. Ölkələrimiz neft sənayesində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələrə əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.


Müsahibədə, həmçinin Prezidentin nitqində iki ölkə arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunun da əhəmiyyəti qeyd olunub. Dövlət başçısı bildirib ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.  Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkəyə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb.


Prezident İlham Əliyev ölkələrimiz arasında mədəni əlaqələrdən də bəhs edərək qeyd etdi ki, bu istiqamətdə müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə olan əlaqələr uğurla davam edir. 2024-cü ildə Bakıda Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi, eyni zamanda həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirilməsi xalqlarımızın bir-birinə daha yaxından tanımasına və dostluğun möhkəmləndirilməsinə xidmət edən amillərdəndir.


Dövlət başçısı müsahibəsində bütün bu reallıqlara söykənərək bildirdi ki, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.