Dəmir yumruq » Manşet » Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur
Manşet / İqtisadiyyat / Bugün, 17:40

Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur

 

“Saloglu Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.

Məlumata görə, buna səbəb "Saloglu Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sözügedən MMC-yə qoşularaq ləğv olunduğunu elan etməsidir.

Artıq qeyd olunan şirkətlərdə bununla bağlı müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, "Saloglu Kommersiya" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 891 010 manat olan MMC-nin qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.

“Saloglu Holding” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 18 970 020 manat olan şirkətin qanuni təmsilçisi də Fərəcov İlkin Azər oğludur.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.