Masallıda yeyib-içdikdən sonra tanışını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Cavadovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İsrafil Cavadov 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib.
Belə ki, təqsirləndirilən İsrafil Cavadov mübahisə nəticəsində Siruz Mehdiyevi bıçaqla qətlə yetirib.
Qeyd edək ki, təqsirləndirilən İsrafil Cavadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.