Dəmir yumruq » Manşet » Ötən ay banklar 67 milyon manat ipoteka krediti verib
Manşet / İqtisadiyyat / Bugün, 11:19

Ötən ay banklar 67 milyon manat ipoteka krediti verib


 Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,338 milyard manat olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 579 milyon manat və ya 15,4% çoxdur.

Belə ki, 2024-cü ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 3,759 milyard manat idi.

Fevralın sonunda bankların ipoteka kredit portfelinin həcmi 4,271 milyard manat olub. Yəni, təkcə mart ayında Azərbaycan bankları 67 milyon manat ipoteka krediti verib.

Qeyd edək ki, hesabat dövrünün sonun bankların kredit portfelinin həcmi 27,877 milyard manat təşkil edib ki, bu da, illik müayisədə 3,775 milyard manat, yaxud da 15,7% çoxdur. 2024-cü ilin müvafiq dövründə bu rəqəm 24,102 milyard manat idi. Kredit portfelinin 14,935 milyard manatını biznes kreditləri, 8,603 milyard manatını istehlak kreditləri, 4,338 milyard manatını ipoteka kreditləri təşkil edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.